Yuxarı

Nazir: "Hava-iqlim prosesləri ilə bağlı risklər artır"

​Nazir: "Hava-iqlim prosesləri ilə bağlı risklər artır"
© Report / Firi Salim — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev

"İqlimin “sürətlə” istiləşməsi tendensiyası Azərbaycanda da özünü biruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, araşdırmalara görə 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,40 yüksəlib. İki dövr arasında - 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14% azalıb".

M.Babayev qeyd edib ki, bu proseslərin qarşısını almaq mümkün deyil: "Lakin beynəlxalq təcrübə göstərir ki, əvvəlcədən xəbərdarlıq verməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədi ilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə xidmət göstərən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeorloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi