Nazir: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir”

Nazir: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir” “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir”.
Ekologiya
11 Dekabr , 2023 19:14
Nazir: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir”

“Azərbaycan iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini dərk edir”.

“Report”un Dubaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yekun sessiyasının plenar iclasında deyib.

“Üzləşdiyimiz problemlər kollektiv fəaliyyət və ortaq, razılaşdırılmış məqsəd və istəklərə bağlılıq tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin vacibliyini dərk edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və COP29-a ev sahibliyi etmək üçün Şərqi Avropa Qrupuna üzv olan digər dövlətlər tərəfindən Azərbaycanın namizədliyinin dəstəklənməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”, - nazir qeyd edib.

O bildirib ki, Azərbaycan COP29-un keçirilməsi məsələsində BƏƏ və Braziliya ilə - COP28 və COP30-un ev sahibləri ilə sıx əməkdaşlıq edəcək.
Xatırladaq ki, bu gün Dubayda Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi rəsmən elan edilib.



Son xəbərlər

Orphus sistemi