Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dekabrın 26-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün nazirliyin elektron poçt ünvanı, eləcə də 168 saylı “Qaynar xətt”, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.