Xidmət rəisi: İyun Azərbaycanın qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir

Xidmət rəisi: İyun Azərbaycanın qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.
Ekologiya
5 İyun , 2024 14:59
Xidmət rəisi: İyun Azərbaycanın qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir

İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.

Bunu "Report"a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, son illər havanın temperaturunda bir qədər yüksəlmə müşahidə olunur. Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

“Bu ilin iyun ayının ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb”, - N.Mahmudov qeyd edib.

Xidmət rəisi əlavə edib ki, yaxın günlərdə havanın temperaturunun bir qədər də yüksələcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 31-36, bəzi yerlərdə 38, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 20-25, bəzi yerlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi