​Naxçıvanda ilk dəfə püstə bağları salınacaq

​Naxçıvanda ilk dəfə püstə bağları salınacaq Bu məqsədlə 50 hektar sahə seçilib
Ekologiya
30 Oktyabr , 2015 14:40
​Naxçıvanda ilk dəfə püstə bağları salınacaq

Bakı. 30 oktyabr. REPORT.AZ/ Cari mövsümdə Naxçıvan Muxtar Respublikasında (MR) ilk dəfə olaraq xüsusi becərmə və qulluq tələb edən püstə bağlarının salınması nəzərdə tutulur.

"Report"un məlumatına görə, bu məqsədlə Kəngərli rayonu ərazisində Naxçıvan Sement Zavoduna gedən yolun sol kənarında 50 hektar sahə seçilərək hamarlama aparılıb, əkin hazırlığı işlərinə başlanılıb.

Qonşu ölkələrin bu sahədəki təcrübələri öyrənilib və dibçəkdə püstə fidanları alınaraq gətirilib. Əkin aparıldıqdan sonra ərazidə damcılı suvarma sisteminin qurulması nəzərdə tutulub. Mütəxəssis rəyləri nəzərə alınaraq əkin işlərinə noyabr ayının əvvəlində başlanılacaq.

Qeyd edək ki, muxtar respublika ərazisində payız mövsümündə, ümumilikdə, 200 hektardan artıq ərazidə yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulub. 100 hektar ərazidə yaşıllaşdırma işləri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeli idarə və müəssisələri tərəfindən icra ediləcək.

Son xəbərlər

Orphus sistemi