Naxçıvanda 41 dərəcə isti olub

Naxçıvanda 41 dərəcə isti olub Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya
578
30 İyul , 2020 12:33
Naxçıvanda 41 dərəcə isti olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış  yağıb.

Düşən yağışın miqdarı Göygöldə 14 mm, Daşkəsəndə 10 mm, Naftalan, Ağdamda 9 mm, Qusar, Bərdədə 7 mm, Gədəbəy, Xaltan, Qrızda 6 mm, Zərdab, Tərtərdə 5 mm, Şabranda 4 mm, Gəncə, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Yardımlı, Sarıbaşda (Qax) 3 mm, Şahbuz, Ağstafa, Zaqatala, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Lerikdə 2 mm, Şərur, Tovuz, Şəmkir, Balakən, Oğuz, İsmayıllı, Göyçay, Salyan, Neftçala, Astarada 1 mm olub.

Bərdə rayonuna saat 17:34-17:37 radələrində diametri 10 mm olan dolu düşüb.

Şimal-qərb küləyi iyulun 30-u səhər saatlarından başlayaraq 15-20 m/s-dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın  hündürlüyü 3.5 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-33, aran rayonlarında 31-38, dağlıq rayonlarda 20-24, Naxçıvan MR-da 35-41 dərəcə isti olub.

Son xəbərlər

Orphus sistemi