Naxçıvan ETSN-in əməkdaşları Şərurda monitorinq keçiriblər

Naxçıvan ETSN-in əməkdaşları Şərurda monitorinq keçiriblər Bakı. 5 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şərur rayonu ərazisində monitorinq keçiriblər.
Ekologiya
5 Sentyabr , 2018 13:15
Naxçıvan ETSN-in əməkdaşları Şərurda monitorinq keçiriblər

Bakı. 5 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şərur rayonu ərazisində monitorinq keçiriblər.

"Report"un məlumatına görə, monitorinqlərdə Şərur rayonundakı mövcud içməli su anbarlarından və təsərrüfat sularından analizlər götürülüb. Yoxlama zamanı suyun tərkibindəki hidrogenin və həll olunmuş oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib. İçməli su anbarlarının ətrafında dezinfeksiya işləri aparılıb.

Rayonda yerləşən məişət tullantıları poliqonunda aparılan yoxlamalar zamanı müxtəlif ərazilərdən gətirilən məişət tullantıları texnika vasitəsilə basdırılıb. Burada rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirləri, eyni zamanda Şərur şəhərindəki tullantı yeşiklərinin ətrafında da həyata keçirilib.

Sonra ekoloqlar yol kənarlarında əkilən ağacların vəziyyətinə baxış keçiriblər. Məlum olub ki, Qarxun kəndinə gedən avtomobil yolunun kənarlarında suvarılmaya ehtiyacı olan yaşıllıq zolaqları var. Bu barədə aidiyyəti qurumlara tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi