Muxtar Babayev Şəkidə vətəndaş qəbulu keçirib

Muxtar Babayev Şəkidə vətəndaş qəbulu keçirib Bakı. 29 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində yerləşən Şəki Olimpiya Mərkəzində Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının sakinlərini qəbul edib.
Ekologiya
29 İyun , 2018 14:21
Muxtar Babayev Şəkidə vətəndaş qəbulu keçirib

Bakı. 29 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində yerləşən Şəki Olimpiya Mərkəzində Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının sakinlərini qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, əvvəlcə nazir Muxtar Babayev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi