Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib

Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib.
Ekologiya
28 Avqust , 2021 13:06
Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib
Muxtar Babayev

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qızılağac Dövlət Təbiət Qoruğunda yanğın baş vermiş əraziyə gedib.

“Report”un məlumatına görə, nazir yanğının miqyası ilə tanış olub və məsələ ilə bağlı müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, ötən gün Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın baş vermişdi.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb. Nəticədə 30 ha sahədə quru ot və kol-kos yanıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi