Muxtar Babayev Masallıda vətəndaşları qəbul edib

Muxtar Babayev Masallıda vətəndaşları qəbul edib Bakı. 31 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev avqustun 31-də Masallıda vətəndaşlarla görüşüb.
Ekologiya
31 Avqust , 2018 15:17
Muxtar Babayev Masallıda vətəndaşları qəbul edib
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev  avqustun 31-də Masallıda vətəndaşlarla görüşüb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə nazir Masalı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının vətəndaşlarını qəbul edib.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə Nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi