Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edəcək

Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edəcək Bakı. 16 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Ekologiya
16 Oktyabr , 2018 10:45
Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edəcək
Muxtar Babayev

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Goranboy, Ağdaş, Yevlax, Gəncə, Mingəçevir və Naftalan rayonlarının vətəndaşları iştirak edə bilərlər. 

Oktyabrın 26-sı saat 09.30-da keçiriləcək qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] ə [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-366-05-04, 050-310-89-90, 022-253-04-48) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi