Sabaha Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Sabaha Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Ekologiya
26 Fevral , 2015 12:20
Sabaha Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a deyib ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 8-13 dərəcə isti olacaq.

Fevralın 27-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Cənub küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteroloji proqnoza gəlincə, fevralın 27-si və 28-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Son xəbərlər

Orphus sistemi