Moskva havasının 32 illik rekordu: +4,8 dərəcə

Moskva havasının 32 illik rekordu: +4,8 dərəcə Sinoptiklər dekabrın 20-də son 32 ilin yeni temperatur rekordunu qeydə alıblar
Ekologiya
20 Dekabr , 2014 22:07
Moskva havasının 32 illik rekordu: +4,8 dərəcə
Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya paytaxtı isti siklonun təsiri dairəsindədir. Bu gün saat 13 radələrində hava müsbət 4,8 dərəcəyə qədər istiləşib.

"Report" AzərTAc-aistinadla xəbər verir ki, sinoptiklər dekabrın 20-də son 32 ilin yeni temperatur rekordunu qeydə alıblar. Belə ki, 1982-ci ildə Moskvada 4,7 dərəcə isti müşahidə olunmuşdu.

Bununla belə, dekabr ayı üçün xarakterik olmayan isti hava şəraiti uzun sürməyəcək. Artıq gələn həftə temperaturun mənfi 13 dərəcəyə düşəcəyi ehtimal olunur. Şaxtalı hava yeni ilədək davam edəcək. Sinoptiklərin məlumatına görə, bayramdan sonra termometrin sütunu bir qədər də aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi