Monrealın havası meqapolislər arasında ən qeyri-sağlamıdır

Monrealın havası meqapolislər arasında ən qeyri-sağlamıdır Meşə yanğınlarının tüstüsü səbəbindən Kanadanın Monreal şəhərinin havası dünyanın digər meqapolisləri ilə müqayisədə ən qeyri-sağlamıdır.
Ekologiya
26 İyun , 2023 16:42
Monrealın havası meqapolislər arasında ən qeyri-sağlamıdır

Meşə yanğınlarının tüstüsü səbəbindən Kanadanın Monreal şəhərinin havası dünyanın digər meqapolisləri ilə müqayisədə ən qeyri-sağlamıdır.

“Report” xəbər verir ki, bu barədə “IQAir” monitorinq agentliyi məlumat yayıb.

Ekspertlərin fikrincə, iyunun 25-də havanın gündəlik keyfiyyət indeksi 190-a olub (bu rəqəm nə qədər yüksək olarsa, bir o qədər pisdir), səhər saatlarında isə bu göstərici 280-ni belə keçib. İyunun 26-da bu göstərici 158-ə düşüb. Müqayisə üçün qeyd edək ki, araşdırma dərc edilən zaman Monreal yalnız Braziliyanın San Paulu şəhərindən (162) gedir qalıb.

Kanadanın Ekologiya Nazirliyi sakinlərini açıq havada gəzməkdən çəkinməyə və zəruri hallarda maskalar taxmağa çağırıb. Şəhərdə açıq hovuzlar və idman meydançaları bağlanıb, çoxsaylı açıq hava tədbirləri, o cümlədən konsertlər və idman tədbirləri ləğv edilib.

Monrealın tərkibinə daxil olduğu Kvebek əyalətinin meşə yanğınları agentliyi (SOPFEU) əyalətdə 80 aktiv meşə yanğını olduğunu, üstəlik, onlardan bəzilərinin isti hava səbəbindən gücləndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi