Milli parkın mühafizə rejimini pozan şəxslər cərimələndi

Milli parkın mühafizə rejimini pozan şəxslər cərimələndi Ağgöl Milli Parkının Beyləqan rayonu ərazisində gecə saatlarında mühafizə rejimini pozaraq hərəkət edən “QAZ-69” markalı 11-BA-771 dövlət nömrə nişanlı və “VAZ-21011” markalı 10-LC-148 dövlət nömrə nişanlı minik avtomobilləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ekologiya
16 Aprel , 2020 19:58
Milli parkın mühafizə rejimini pozan şəxslər cərimələndi

Ağgöl Milli Parkının Beyləqan rayonu ərazisində gecə saatlarında mühafizə rejimini pozaraq hərəkət edən “QAZ-69” markalı 11-BA-771 dövlət nömrə nişanlı və “VAZ-21011” markalı 10-LC-148 dövlət nömrə nişanlı minik avtomobilləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Avtomobillərin yük yerinə keçirilən baxış zamanı balıq ovu üçün istifadə olunan alətlər və ovlanmış çəki balığı aşkar edilib.

Faktla bağlı Beyləqan rayon sakinləri - Fuad Quliyev və Cabbar Cabbarov barəsində akt və protokol tərtib edilib və hər biri 1 000 manat məbləğində cərimə olunub. 

“QAZ-69” markalı minik avtomobilində olan şəxslər isə avtomobili qoyaraq ərazidən uzaqlaşıblar. 

Hazırda digər qanun pozucularının müəyyən edilməsi üçün zəruri tədbirlər görülür. 

Son xəbərlər

Orphus sistemi