Umayra Tağıyeva: "Beş ildir may ayında qeyri-sabit hava şəraiti qeydə alınır"

Umayra Tağıyeva: "Beş ildir may ayında qeyri-sabit hava şəraiti qeydə alınır" "Bu ilin may ayı fərqli keçir. Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 3 dəfə yüksək olub. Son 5 ildə may ayında qeyri-sabit hava şəraiti qeydə alınır".
Ekologiya
13 May , 2022 16:27
Umayra Tağıyeva: Beş ildir may ayında qeyri-sabit hava şəraiti qeydə alınır

"Bu ilin may ayı fərqli keçir. Son 21 il ərzində may ayında normadan yüksək temperatur rejimi 3 dəfə yüksək olub. Son 5 ildə may ayında qeyri-sabit hava şəraiti qeydə alınır".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, 2003-cü ildə Bakıda may ayında havanın temperaturu 5 dərəcə olub ki, bu da qış fəslinə xas olub:

“Nə qədər iqlim dəyişikliyi qeydə alınsa da, havanın soyuq keçməsinin öz müsbət tərəfi də var. Belə ki, yağıntıların çox olmasının uzun müddət çaylarda sululuğun artmasına təsiri olub. May ayında bütün ay üçün nəzərdə tutulan norma miqdarından artıq yağıntı qeydə alınıb. Bütövlükdə belə qeyri-sabit hava şəraiti illər ərzində baş verə bilir. İqlim dəyişmələrinin təzahürlərindən biri də müvafiq fəslə xas olmayan hadisələrin tez-tez baş verməsidir. Hətta may ayında qar da yağıb. Misal olaraq, may ayında qarlı hava 2012-ci ildə müşahidə olunmuşdu. Bu il də mayın birinci ongünlüyündə qarın hündürlüyü həmin illə müqayisədə daha çox (18 sm) olub”.

Son xəbərlər

Orphus sistemi