Meşələrin mühafizəsində səlahiyyətlərindən sui-istifadə edən 87 şəxs işdən çıxarılıb

Ekologiya
  • 07 iyul, 2023
  • 09:00
Meşələrin mühafizəsində səlahiyyətlərindən sui-istifadə edən 87 şəxs işdən çıxarılıb
Hikmət Əlizadə

"Son 3 ildə meşələrin mühafizəsi sahəsində 87 şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə vəzifəsindən azad edilib".

“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdikləri “Ekologiyanın mühafizəsi” adlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmçinin birbaşa onlara dövlət nəzarəti edən 7 nəfər də vəzifəsindən azad edilib.

44 filmi