​Mayın ilk günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

​Mayın ilk günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var
Ekologiya
30 Aprel , 2015 12:34
​Mayın ilk günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 30 aprel. REPORT.AZ/ Mayın 1-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi