Lənkəranda Yaşıl Dünya Festivalı keçirilib

Lənkəranda Yaşıl Dünya Festivalı keçirilib Lənkəran şəhərində Yaşıl Dünya Festivalı keçirilib.
Ekologiya
16 Noyabr , 2024 13:42
Lənkəranda Yaşıl Dünya Festivalı keçirilib

Lənkəran şəhərində Yaşıl Dünya Festivalı keçirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, festival Azərbaycanda 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub.
Qeyd olunub ki, Lənkəranda ekofestivalın keçirilməsində məqsəd gələcəyə ümidlə baxmağa və gənc nəslin sağlam, saf ekoloji mühitdə inkişaf etməsinə etibarlı zəmin yaratmaqdır.

Festivalın keçirildiyi Qala Xiyabanı boyunca quraşdırılan stendlərdə rayonda fəaliyyət göstərən istehsal və emal müəssisələrinin çoxçeşidli məhsulları, eləcədə ayrı-ayrı təsərrüfatlarda yetişdirilən ekoloji cəhətdən yüz faiz təmiz məhsullar nümayiş olunub.

“Nənələr” və “Babalar” folklor rəqs qrupları, eləcə də digər musiqi kollektivlərinin ifasında bədii proqram təqdim olunub.

Festival iştirakçılarına milli və yerli mətbəx nümunələri, sitrus meyvələri və çay təklif edilib. Həmçinin festival boyunca yerli sənətkarların əl işlərindən ibarət məhsulların satışı da həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi