Lənkəranda sahilboyu ərazilərdə ekoloji aksiya keçirilib

Lənkəranda sahilboyu ərazilərdə ekoloji aksiya keçirilib Xəzər dənizinin Lənkəran rayonundan keçən sahil zolağı üzrə ekoloji aksiya təşkil edilib.
Ekologiya
23 aprel 2025 13:28
Lənkəranda sahilboyu ərazilərdə ekoloji aksiya keçirilib

Xəzər dənizinin Lənkəran rayonundan keçən sahil zolağı üzrə ekoloji aksiya təşkil edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, aksiyanın keçirilməsində məqsəd yerli sakinlərin, həmçinin bölgəyə gələn qonaqların istirahətinin daha yaxşı təşkil edilməsi olub.

Aksiya zamanı Xəzər dənizinin sahilində yerləşən çimərlik sahələrinə atılan bərk məişət tullantıları, plastik qablar və polietilen torbalar ərazidən toplanaraq aidiyyəti üzrə tullantı poliqonuna daşınıb, sakinlərin rahat hərəkəti üçün çimərlik ərazilərə gedən ara yollar ağır texnikalar vasitəsilə hamarlanıb.

Ümumilikdə 500 nəfərin iştirak etdiyi aksiya çərçivəsində çimərlik sahəsində yerləşən istirahət mərkəzləri ilə də zəruri maarifləndirmə işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi