Lənkəranda 3 qızılağacı kəsən şəxs cəzalandırılıb

Lənkəranda 3 qızılağacı kəsən şəxs cəzalandırılıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya
30 Mart , 2020 11:11
Lənkəranda 3 qızılağacı kəsən şəxs cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən "Report"a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 3 qızılağac ağacının kəsildiyi və təbiətə 6 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd sakini Saleh Rzayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına göndərilib. 

Son xəbərlər

Orphus sistemi