Lənkəranda 2000 ağac əkilib - FOTO

Lənkəranda 2000 ağac əkilib - FOTO Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar.
Ekologiya
6 Dekabr , 2019 16:24
Lənkəranda 2000 ağac əkilib - FOTO

Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə lənkəranlılar da böyük həvəslə qoşulublar.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, bununla əlaqədar rayonda öncədən qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib.

Şəhərin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağacların əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb.

Dekabrın 6-da isə rayonda ağacəkmə kampaniyası baş tutub. Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayevin, icra hakimiyyətinin başçısı Taleh Qaraşovun, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələrinin, ümumilikdə, 500 nəfərdən çox sakinin iştirakı ilə keçirilən kompaniya çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində bir gündə 2 min müxtəlif növ ağaclar əkilib.

Son xəbərlər

Orphus sistemi