Kürdəmirdə bələdiyyə sədri tullantıların qalaqlanmasına görə cərimələnib

Kürdəmirdə bələdiyyə sədri tullantıların qalaqlanmasına görə cərimələnib Bakı. 10 may. REPORT.AZ/ Kürdəmirdə bələdiyyə sədri tullantıların qalaqlanması ilə bağlı cərimələnib.
Ekologiya
10 May , 2018 14:21
Kürdəmirdə bələdiyyə sədri tullantıların qalaqlanmasına görə cərimələnib
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Kürdəmirdə bələdiyyə sədri tullantıların qalaqlanması ilə bağlı cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Son xəbərlər

Orphus sistemi