Kürdəmir rayonunda ağacəkmə aksiyası keçirilib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, aksiya Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının ərazisində yerləşən sahədə "Ağac əkək qoruyaq bu ənənəni yaşadaq" devizi altında keçirilib.
Aksiyada, əsasən, dekorativ və meyvə ağacları olmaqla 200-dən çox ağac əkilib.
Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Novruzovun sözlərinə görə, bu kimi aksiyaların gələcəkdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.


