Kür və Araz çaylarında suyun səviyyəsi artıb

Kür və Araz çaylarında suyun səviyyəsi artıb Bakı. 2 aprel. REPORT.AZ/ Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya
2 Aprel , 2018 11:38
Kür və Araz çaylarında suyun səviyyəsi artıb

Bakı. 2 aprel. REPORT.AZ/ Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.

Bundan başqa, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə edilib.

Eyni zamanda, bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 40, Şirvanda 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 31 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi