Yuxarı

Kosmik hava durumu açıqlanıb

Kosmik hava durumu açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 1-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan "Report"a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.

Günəş diski ləkəsizdir. Lakin S21W02 zonasında ləkə yaranmağa başlayır. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli hesabat dövrü ərzində fon səviyyəsində sabit qalıb.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrlə kiçik həyəcanlaşmalar qeydə alınıb (Kp=2,3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (1-3 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (01-03 iyul) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (01-03 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (1-3 iyul) Günəş küləyi parametrləri üçün normal şərait davam edəcək.

Proqnoz dövründə (01-03 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2,3). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi