Körpə nərə balıqları Kürə buraxılıb

Körpə nərə balıqları Kürə buraxılıb Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb.
Ekologiya
10 Sentyabr , 2020 15:48
Körpə nərə balıqları Kürə buraxılıb

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb.

"Report" xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev Ekologiya və Təbii Sərvətlər naziri və Neftçala Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən tədbirdə Nazirliyin balıqartırma müəssisələrində yetişdirilən çəkisi 100-150 qram olan uzunburun və nərə balıqlarının çaya buraxıldığını qeyd edib.

F.Əliyevin sözlərinə görə, sentyabr ayı ərzində nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi