KİV: Birdəfəlik maskalar təhlükə yaradır

KİV: Birdəfəlik maskalar təhlükə yaradır COVID-19-dan qorunmaq üçün geniş istifadə olunan birdəfəlik maskalar ətraf mühitə təhlükədir.
Ekologiya
23 İyul , 2020 12:54
KİV: Birdəfəlik maskalar təhlükə yaradır
0 : 00
0 : 00

COVID-19-dan qorunmaq üçün geniş istifadə olunan birdəfəlik maskalar ətraf mühitə təhlükədir.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində işlənmiş qoruyucu maska, tibbi əlcək və s. tibbi ləvazimatdan ibarət tullantıların artması, o cümlədən bunların dənizlərə atılması get-gedə ciddi ekoloji problemə çevrilir.

Alimlərin rəyinə görə, buna qarşı təcili tədbir görülməsə, ekoloji fəlakətlə üz-üzə qala bilərik. Belə ki, Yaponiya sahillərini zibilləyən birdəfəlik maskalar artıq dənizdən qaldırılan balıqçı torlarından tez-tez çıxmağa başlayıb.

Honkonqda yerləşən “OceansAsia” təşkilatı birdəfəlik maskalardan uzunmüddətli maskalara keçməyi tövsiyə edir:  “Mikroplastikdən ibarət üz maskasının parçalanıb çürüməsi yüzillərlə vaxt aparır. Yeri gəlmişkən, həmin mikroplastik maddəsi insanların qidalandığı dəniz balıqlarında, habelə dəniz duzunda da tez-tez rast gəlinir”.

Son xəbərlər

Orphus sistemi