Kiçik Qızılağac körfəzinə 10 min balıq körpəsi buraxılıb

Kiçik Qızılağac körfəzinə 10 min balıq körpəsi buraxılıb "Qızılağac Milli Parkının yaradılmasının 4-cü ildönümü münasibətilə 3 mini ağ amur, 3 mini ağ qalınalın, 4 mini çəki də olmaqla 10 min çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxılıb".
Ekologiya
30 Sentyabr , 2022 15:30
Kiçik Qızılağac körfəzinə 10 min balıq körpəsi buraxılıb

"Qızılağac Milli Parkının yaradılmasının 4-cü ildönümü münasibətilə 3 mini ağ amur, 3 mini ağ qalınalın, 4 mini çəki də olmaqla 10 min çəkikimi balıq körpəsi Kiçik Qızılağac körfəzinə buraxılıb".

"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, bu il 45 min ədəd qızılbalıq, 565 min ədəd nərəcinsli balıq, 2,5 milyon kütüm balıq körpələri Xəzər dənizinə buraxılıb.

Direktor həmçinin bildirib ki, 3 milyon 600 minə qədər çəkikimi balıqların (çəki, ağ qalınalın və ağ amur) müxtəlif su hövzələrinə - Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Yenikənd, Xanbulan, Şəmkir su anbarlarına, Kür çayına, Qarabağ və Şərqi Zəngəzurda isə Suqovuşana, Bərgüşad və Həkəri çaylarının qovuşduğu yerə və Xaçınçay su anbarına buraxılması nəzərdə tutulub.

O vurğulayıb ki, ilin sonunadək isə ümumilikdə yeddi milyona qədər müxtəlif balıq körpələrinin su hövzələrinə buraxılması planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi