Keçmiş nazir müavininə yeni vəzifə verilib
Ekologiya
- 30 mart, 2023
- 08:46
Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə yeni vəzifə verilib.
"Report"un əldə etdiyi məlumata görə, o, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumatı "Report"a təsdiqləyib.
Qeyd edək ki, F.Əliyev bu ayın əvvəlində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nazir müavini vəzifəsindən azad edilib. Onun yerinə Prezidentin digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva təyinat alıb.
Son xəbərlər
11:02
Kamran Əliyev Samuxda vətəndaşları qəbul edəcək
Daxili siyasət11:01
UEFA Konfrans Liqası: "Zirə"nin Gürcüstana səfər proqramı bəlli olub
Futbol11:01
Milli Məclisin növbəti iclası başlayıb, 22 məsələ müzakirə olunacaq
Milli Məclis11:01
DİN vətəndaşlara çağırış edib: Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın
Hadisə10:56
Bakıda qadın dənizdə boğulub
Hadisə10:54
Bakıda iki yaşlı körpə 3-cü mərtəbədən yıxılıb
Hadisə10:52
Dövlət başçısı: Bu gün Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır
Daxili siyasət10:51
Mingəçevirdə 24 yaşlı oğlan su anbarında batıb
Hadisə10:50