Karantin günlərində paytaxtda yaşıllıqlara qulluq göstərilir

Karantin günlərində paytaxtda yaşıllıqlara qulluq göstərilir Bakı şəhərində koronavirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı, mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir.
Ekologiya
11 Aprel , 2020 11:41
Karantin günlərində paytaxtda yaşıllıqlara qulluq göstərilir

Bakı şəhərində koronavirus (COVID-19) pandemiyasına qarşı çoxşaxəli mübarizə tədbirləri ilə yanaşı, mövcud yaşıllıqlara da qulluq göstərilməsi davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, ötən il paytaxtın bütün rayonlarında yol və küçələrin kənarlarında, park və bağlardakı yaşıllıq zolaqları ilə yanaşı, idarə, təşkilat, ictimai-iaşə və digər obyektlərin qarşısında həmin əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb.

Hazırda ölkə üzrə xüsusi karantin rejimi mövcud olduğundan bir cox təşkilat və obyektlərdə çalışanların evdə qalmaları səbəbindən bu yaşıl guşələr qulluqdan kənarda qalıb.

Yaşıl guşələrin lazımi səviyyədə saxlanılması məqsədi ilə Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyinun əməkdaşları Bakı Şəhər və paytaxt rayonlarının kommunal-təsərrüfat xidmətlərinin işçiləri ilə birlikdə şəhərdəki idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə gündəlik qulluq göstərir, ofis mərkəzləri qarşısında qoyulmuş gül dibçəklərindəki güllər və gül kolları mütəmadi olaraq sulanır. Əlavə olaraq yaşıllıq guşələrində yeni mövsümi güllər əkilir, kollar budanır, qaydaya salınır.

Kommunal xidmətlərin əməkdaşları bu işləri təmizliklə bağlı öz gündəlik vəzifələri, ərazidə aparılan tibbi-profilaktiki və dezinfeksiya işləri ilə bərabər aparlar.

Son xəbərlər

Orphus sistemi