IPCC rəhbəri: Təbii fəlakətlərin sayının artması yeni reallığa çevrilib

IPCC rəhbəri: Təbii fəlakətlərin sayının artması yeni reallığa çevrilib Çoxsaylı təbii fəlakətlər və meşə yanğınları bu günün reallığına çevrilib.
Ekologiya
30 Sentyabr , 2024 11:17
IPCC rəhbəri: Təbii fəlakətlərin sayının artması yeni reallığa çevrilib

Çoxsaylı təbii fəlakətlər və meşə yanğınları bu günün reallığına çevrilib.

"Report" xəbər verir ki, bunu İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) sədri Cim Ski bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində videomüraciətində deyib.

Onun sözlərinə görə, qrupun məruzələrində qeyd olunur ki, daha 1,5°C istiləşmə nəticəsində iqlim dəyişikliyinin yeni təsirləri, o cümlədən biomüxtəlifliyin itirilməsi, su qıtlığı, daha ekstremal hava şəraiti və ərzaq təhlükəsizliyinin təmin olunmaması kimi problemlər meydana çıxacaq.

"COP-un iclaslarında ən mühüm iqlim danışıqları iqlim dəyişikliyi və iqlim fəaliyyəti ilə bağlı elmi məlumatların qiymətləndirilməsi üzrə BMT orqanı kimi IPCC-nin təqdim etdiyi dövri məruzələrə əsaslanır", - C.Ski bildirib.

Sonda qrupun rəhbəri Bakı İqlim Fəaliyyəti Həftəsinin bütün iştirakçılarını iqlim dəyişikliyi ilə bağlı problemin həlli istiqamətində qlobal fəaliyyətə aktiv şəkildə töhfə verməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi