İndira Hacıyeva: Gənclərin inkişafında elm, siyasi iradə və fərdlərin davranışına diqqət yetirilməlidir

İndira Hacıyeva: Gənclərin inkişafında elm, siyasi iradə və fərdlərin davranışına diqqət yetirilməlidir COP29 dövründə gənclər qrupu tərəfindən Gənclər və İdman nazirliyinin pavilyonunda 27 tədbir keçirilib.
Ekologiya
18 Dekabr , 2024 16:19
İndira Hacıyeva: Gənclərin inkişafında elm, siyasi iradə və fərdlərin davranışına diqqət yetirilməlidir
İndira Hacıyeva

COP29 dövründə gənclər qrupu tərəfindən Gənclər və İdman nazirliyinin pavilyonunda 27 tədbir keçirilib.

"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, COP29 konfransı dövründə gənclər 14 tədbirin keçirilməsini təklif etsələr də, 11 gün ərzində 27 tədbir baş tutdu:

"Bizim pavilyonumuzda təkcə könüllü gənclər deyil, tədbirlərə könüllü qatılmaq istəyən yetərincə kənar şəxslər də var idi. Onları gənclərin bu tədbirlərə və ümumilikdə COP29-a optimist yanaşması cəlb edirdi".

Nazir müavini qeyd edib ki, gənclərin inkişafında üç məqam çox önəmlidir:

"Gənclərin inkişafında elm, siyasi iradə və fərdlərin davranış tərzinə diqqət yetirmək lazımdır".

Son xəbərlər

Orphus sistemi