İyulun 11-dən 13-dək yağış yağacaq - XƏBƏRDARLIQ

İyulun 11-dən 13-dək yağış yağacaq - XƏBƏRDARLIQ Çaylarda sululuğun artacağı ehtimalı var
Ekologiya
10 İyul , 2017 12:35
İyulun 11-dən 13-dək yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı. 10 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

ETSN-dən “Report”a bildirilib ki, iyulun 11-dən 13-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Son xəbərlər

Orphus sistemi