İtaliyada balinanın mədəsindən 22 kiloqramadək plastik çıxdı

İtaliyada balinanın mədəsindən 22 kiloqramadək plastik çıxdı İtaliyanın Sardiniya adasının sahillərində mədəsində 22 kiloqramadək plastik tullantı olan ölü balina aşkar edilib.
Ekologiya
2 Aprel , 2019 03:06
İtaliyada balinanın mədəsindən 22 kiloqramadək plastik çıxdı

İtaliyanın Sardiniya adasının sahillərində mədəsində 22 kiloqramadək plastik tullantı olan ölü balina aşkar edilib.

"Report"un məlumatına görə, bu barədə İtaliyanın ətraf mühit və dəniz ehtiyatlarının mühafizəsi naziri Serco Kosta özünün sosial şəbəkədəki səhifəsində yazıb.

O, qeyd edib ki, tədqiqat zamanı balinanın mədəsindən mindən çox plastik stəkan, butulka və paket çıxarılıb.

Nazir bildirib ki, bu kimi halların qarşısını almaq üçün sahildə yerləşən şəhərlərdə plastik qabların istifadəsi qadağan olunmalıdır.

Son xəbərlər

Orphus sistemi