Yuxarı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

​İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıql

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda fasilələrlə yağış yağacağı gözlənilir. 

Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, iyulun 8-də isə havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da, əsasən, gecə və axşam yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Bakıda yaxın iki gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi