Yuxarı

İstirahət günlərində gözlənilən hava proqnozu

​İstirahət günlərində gözlənilən hava proqnozu

1540

© Pexels

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında arabir yağış yağacağı, fevralın 23-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 22-də gecə bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-13 dərəcə isti olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi