Yuxarı
    Bağlamaq

    İqlimşünas: “Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti 3-5 gün davam edəcək”

    ​“Havanın temperaturu iqlim normasından çoxdur”

    Bakı. 16 yanvar. REPORT.AZ/ “Hazırda Azərbaycan ərazisində şimal-qərb və şimal-şərq istiqamətdən daxil olan hava kütlələrinin yaratdığı hava şəraiti müşahidə olunur. Havanın temperaturu iqlim normasından bir qədər çoxdur”.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

    İqlimşünas bildirib ki, hazırda havada bir az şaxta olsa da, kəskin soyuq hiss olunmur.

    Mütəxəssis qeyd edib ki, yaxın günlərdə ölkə ərazisində soyuq hava şəraitinin müşahidə olunması gözlənilmir: “Hazırda müşahidə olunan hava şəraiti növbəti üç-beş gün ərzində davam edəcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi