İmişlidə izacəsiz ova cəhd edən şəxs saxlanılıb

İmişlidə izacəsiz ova cəhd edən şəxs saxlanılıb Bakı. 5 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.
Ekologiya
5 Oktyabr , 2018 09:40
İmişlidə izacəsiz ova cəhd edən şəxs saxlanılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib.

Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada 1000 manat cərimə edilib və ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi