Departament rəhbəri: "Bizim vəzifə borcumuzdur ki, "ifrat təhlükəli" başlığı ilə məlumatı təşkilatlara çatdıraq"

Departament rəhbəri: "Bizim vəzifə borcumuzdur ki, "ifrat təhlükəli" başlığı ilə məlumatı təşkilatlara çatdıraq" Bakı. 17 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi ifrat təhlükəli sözü ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.
Ekologiya
18 Yanvar , 2019 14:32
Departament rəhbəri: Bizim vəzifə borcumuzdur ki, ifrat təhlükəli başlığı ilə məlumatı təşkilatlara çatdıraq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva / Report / Elchin Murad
0 : 00
0 : 00

Bakı. 17 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi "ifrat təhlükəli" sözü ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.

"Report"un xəbərinə görə, nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, təhlükəli hidrometroloji hadisələr müəyyən kateqoriyaya bölünür: "Təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşır və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, ifrat təhülükəli hidrometreoloji hadisə katoqoriyasına aid olan prosesdir. Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı təşkilatlara çatdıraq".

U.Tağıyeva qeyd edib ki, təhlükəli hidrometroloji hadisələr müəyyən kateqoriya bölünür: "Təhlükəli və xüsusi təhlükəli hidrometroloji hadisə kateqoriyasına aid olur. Dünən ölkə ərazisində olan hadisə xüsusi təhlükəli hadisəyə aiddir".

Son xəbərlər

Orphus sistemi