İƏİT: Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbindən vaxtından əvvəl öləcək

İƏİT: Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbindən vaxtından əvvəl öləcək Uşaqlar astmadan daha çox əziyyət çəkəcək
Ekologiya
16 Avqust , 2016 10:47
İƏİT: Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbindən vaxtından əvvəl öləcək

Bakı. 16 avqust. REPORT.AZ/ Yaxın 45 ildə 200 milyondan çox insan hava çirklənməsi səbəbi ilə vaxtından əvvəl öləcək.

"Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bu proqnozu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) verib.

İƏİT-nin dəyərləndirməsinə görə, 2060-cı ilədək havanın çirklənməsi səbəbi ilə vaxtından tez ölənlərin sayı ildə 6-9 milyon olacaq. Halbuki bu rəqəm 2010-cu ildə 3 milyon olub.

Hesablamalara görə, 2060-cı ilin sonunda dünya iqtisadiyyatı havanın çirkliliyinin işçilərin sağlamlığına və əmək məhsuldarlığına təsiri səbəbindən ildə 3,75 milyard "adam-gün" (bir insanın bir iş günü ərzində gördüyü işin hesablanma vahidi - "Report") itirəcək.

Eyni zamanda, havanın çirklənməsi ilə əlaqədar xəstəliklərin yayılması artacaq. Uşaqlar astmadan daha çox əziyyət çəkəcək. Yüksək ölüm və xəstəlik göstəricilərinin həmçinin Şərqi Avropa, Qafqaz regionu, Asiya ölkələrində, o cümlədən Cənubi Koreyada olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi