Yuxarı
    Bağlamaq

    Hüseyn Bağırovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

    Qəbulda dörd rayon və bir şəhərin sakinləri iştirak edəcək

    Bakı. 7 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Samux şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, oktyabrın 16-da nəzərdə tutulan görüş oktyabrın 30-u tarixinə dəyişdirilib.

    Qeyd edək ki, Samux şəhərində keçiriləcək qəbulda Samux, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşlar iştirak edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi