Hüseyn Bağırov Biləsuvarda vətəndaşları qəbul edib

Hüseyn Bağırov Biləsuvarda vətəndaşları qəbul edib Müraciətlər əsasən meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya ilə bağlı olub
Ekologiya
20 Fevral , 2015 15:16
Hüseyn Bağırov Biləsuvarda vətəndaşları qəbul edib

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyasının Biləsuvar şəhər təşkilatının inzibati binasında Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarında yaşayan vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Görüşdə H.Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və 40-dan çox vətəndaşın şikayət, təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Müraciətlər əsasən meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, geologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olub.

Nazir qəbula yazılan hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa vaxt ərzində araşdırılaraq dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da H.Bağırov tərəfindən dinlənilib və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi