Hazırda ağacların inventarlaşdırma işləri Bakıda və Abşeronda aparılır
- 07 iyul, 2023
- 11:31
Yeniliklərdən dərhal xəbərdar olun!
"Paytaxtın bəzi ərazilərində müxtəlif ağaclarının inventarlaşdırılması işləri müvafiq qaydada davam etdirilir".
"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" adlı brifinqdə deyib.
O bildirib ki, bununla bağlı icra hakimiyyətləri ilə danışıqlar aparılıb: "Hazırda tədbirlər planı əsasında inventarlaşdırma prosesləri paytaxt və Abşeron ərazində aparılır. Proses həmin ərazilərdə mövcud olan yaşıllıq ərazilərin, ağacların müvafiq qaydada qeydiyyata alınmasından ibarətdir. Bu istiqamətdə bir sıra tədbirlər görülüb. Yaxın günlərdə görülən tədbirlər barədə ictimaiyyətə geniş məlumat veriləcək".