Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Ekologiya
17 Sentyabr , 2020 12:53
Faktiki hava açıqlandı

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, sentyabr 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv olub.

Düşən yağışın miqdarı Astarada 27, Lənkəranda 16, Zaqatalada 8, Yardımlıda 5, Ağdamda 4, Lerikdə 3, Sarıbaşda (Qax) 1 mm olub. Lerik, Sarıbaş, Şahdağ, Qrızda duman müşahidə olunub. 

Havanın temperaturu iqlim normasından 3,4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29, aran rayonlarında 29-33, dağlıq rayonlarda 20 dərəcəyədək, Naxçıvan MR-da 27-33 dərəcə  isti təşkil edib.

Son xəbərlər

Orphus sistemi