Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Bakı. 28 mart. REPORT.AZ/ Sabah, martın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya
166
28 Mart , 2018 12:28
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı. 28 mart. REPORT.AZ/ Sabah, martın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a daxil olan məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

ETSN xəbərdarlıq edir ki, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək. 

Orphus sistemi