Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Bakı. 4 dekabr. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Ekologiya
4 Dekabr , 2017 12:36
Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı. 4 dekabr. REPORT.AZ/ Sabah Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, dekabrın 6-da axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dekabrın 7-də 4-6° aşağı enəcək. 

Son xəbərlər

Orphus sistemi