ETSN: Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb

ETSN: Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçiriblər.
Ekologiya
19 Mart , 2020 16:01
ETSN: Havanın çirklənməsi ötən günlərlə müqayisədə yetərincə azalıb
Pexels.com

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttar-zadə "Report"a bildirib ki, Bakı və Abşeron yarımadasında aparılmış monitorinqlər havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığını göstərib. Havada azot, karbon və kükürd oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb. 

Nazirlik rəsmisinin sözlərinə görə, əvvəlkilərlə müqayisədə son iki günün göstəriciləri çirkləndiricilərin 40 - 50 faiz azaldığını deməyə əsas verir: “Havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasıdır”.

Şöbə müdiri həmçinin qeyd edib ki, son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib. Bu gün səhər saatlarında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb.

Son xəbərlər

Orphus sistemi