Havanı çirkləndirən asfalt-beton zavodunun rəhbəri cəzalandırılıb
Ekologiya
- 28 fevral, 2023
- 14:08
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən 45 nömrəli Yol İstismarı MMC-yə məxsus asfalt-beton zavodundan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Xidmət rəisi Hikmət Əlizadə "Report"a bildirib ki, araşdırma zamanı zavodda havaya atılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurğunun olmasına baxmayaraq, onlardan istifadə edilmədiyi məlum olub:
“Faktla bağlı zavodun direktoru Qədir Əskərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.
Son xəbərlər
15:48
"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib
Media15:48
Azərbaycanda heyvandarlıq sektorunun əsas problemləri açıqlanıb
ASK15:46
Azərbaycana kökəltmə üçün idxal olunan heyvanlar ƏDV-dən azad edilə bilər
ASK15:45
Azərbaycanda son 5 ildə damazlıq heyvanlar alınmasına 90 milyon manat güzəşt tətbiq edilib
ASK15:44
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Elektrik yuvalarının üstü açıq olub
Hadisə15:42
Foto
Sahibə Qafarova Aİ nümayəndəsinə Ermənistanla sülh prosesi barədə məlumat verib
Milli Məclis15:40
Nazir: "Heyvanların baş sayının azalması məhsuldarlığın artırılmasını zəruri edir"
ASK15:34
Fon der Lyayen: Aİ son bir ildə müdafiə sahəsində əvvəlki onilliklərdən daha çox iş görüb
Digər ölkələr15:32
Foto