Havada toz dumanı həftə sonuna qədər davam edəcək

Havada toz dumanı həftə sonuna qədər davam edəcək Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb
Ekologiya
22 İyun , 2021 12:33
Havada toz dumanı həftə sonuna qədər davam edəcək
0 : 00
0 : 00

Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi